Xəbərlər

Dovşan ovlayan şəxs saxlanıldı


İmişli polisi 11 ədəd dovşan ovlayan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BEY.AZ-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğunu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu