Xəbərlər

DSX Akademiyasının gənc zabitləri “Sərhədçi zabit andı”nı qəbul edib

BEY.AZ informasiya agentliyi xəbər verir


May ayının 10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 11-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Bu barədə BEY.AZ-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda dahi öndər Heydər Əliyevin məzarını ziyarət edərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət Bayrağı Meydanında təşkil edilən təntənəli mərasimdə Azərbaycan Dövlət himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Diplomlar təqdim olunduqdan sonra məzunlar adından çıxış edən leytenant Ramal Əsədov Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə edib, sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib. Daha sonra DSX Akademiyasının rəisi polkovnik Aqil Babayev çıxış edərək tədbir iştirakçılarını təbrik edib.

E.Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik edib, gənc leytenantların DSX-nin zabitləri sırasına daxil olduqları dövrün Azər-baycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini xüsusi vurğulayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu və uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd mühafizəsinin inkişafı strategiyasının hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyi vurğulanıb, DSX Akademiyasının artıq 11-ci buraxılışının məzunlarının ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə başlayacaqları qeyd olunub.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları vurğulanıb, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun DSX Akademiyasının məzunu olması xüsusi qeyd edilib.

Tədbirdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Milli dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilib.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatnın yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son bir il ərzində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlaması barədə məlumat verilib, dövlət sərhədlərimizin mühafizəsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Mərasim başa çatdıqdan sonra DSX rəisi general-polkovnik E.Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik edib, sonra gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu