fbpx
Xəbərlər

DTX rəis müavini: “Döyüşlərin başlayacağını dəqiq tarixinə qədər bilirdik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.

Onun sözlərinə əsasən, müharibə başlayan dövrdən etibarən DTX vahid orqan kimi öz işini aparmağa, əks-tədbirlərini görməyə nail olub.

“Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, – deyə Fuad Rəsulov əlavə edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu