Xəbərlər

Dünyanın ən bahalı şəhəri məlum oldu


İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Economist Group” şirkətinin tərtib etdiyi reytinqdə deyilir.

Qeyd olunur ki, ötən il beşinci yerdə olan Təl-Əviv bu il ilk pilləyə yüksəlib. Ekspertlərin fikrincə, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Bu il ərzində İsrail paytaxtında mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb.

İkinci yerdə Fransanın paytaxtı Paris, üçüncü yerdə isə Sinqapur dayanıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu