Xəbərlər

“Ermənilər dini abidələrimizi yer üzündən siliblər”


“İşğal dövründə yüzlərlə ziyarətgahımız dağıdılıb, yer üzündən silinib. Yalnız yarısağlam vəziyyətdə qalan Ağdamda Cümə məscidi və Şuşada Yuxarı Gövhər Ağa məscididir. Yəni İslam dininə məxsus abidələrimiz yer üzündən demək olar silinib”.

BEY.AZ xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi ” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğalçıların alban kilsələrinə münasibəti isə başqa olub: “Onlar həmin kilsələri özününküləşdirməyə çalışıblar, edə bilmədiklərini isə dağıdıblar”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu