Xəbərlər

Ermənistan Azərbaycanla RAZILIĞA GƏLİR – Danışıqlar prosesi gizli aparılıb


ErmənistanAzərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq. Hətta Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”.

BEY.AZ xəbər verir ki, bu açıqlamanı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” frakskyasının üzvü Andranik Köçəryan bildirib. O qeyd edib ki, danışıqlar gizli şəkildə aparılır.

“Texniki məsələlərlə bağlı razılıq əldə edilən kimi, Ermənistan komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq”. Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan deyib ki, bu işdə məxfilik son dərəcə zəruridir. “Əslində, danışıqlar heç vaxt açıq aparılmır, demək olar ki, həmişə gizli olur. Yeni toqquşmalara səbəb ola biləcək yeni qaynar nöqtələr yaratmamaq üçün çox diqqətlə aparılmalıdır” deyə Ovanisyan qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu