Xəbərlər

Ermənistanda ən çox axtarılan müğənni BU AZƏRBAYCANLI İMİŞ



Ermənistanda sosial şəbəkələrdə ən çox axtarılan və yüklənən müğənni azərbaycanlıdır.

-ın qaynarinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə əslən Qarabağ ermənisi olan müğənni Andre açıqlama verib. Onun “həyacan siqnal”ından sonra yerli jurnalistlər ən çox axtarılan müğənninin kim olduğunu öyrənmək üçün kiçik araşdırma aparıb.

Məlum olub ki, Jony (Coni) kimi tanınan Cahid Hüseynli 1996-cı il fevralın 29-da Bakıda anadan olub. O, 4 yaşında olanda ailəsi Moskvaya köçərək, burada musiqi karyerasını qurub və böyük bir pərəstişkar ordusu qazanıb.

Ermənilər bildirirlər ki, nə qədər ağrılı olsa da, sosial şəbəkə platforması olan “İnstaqram”da erməni qızlarının onun mahnılarını öz profillərində yerləşdirməsi artıq faktdır.

Qaynarinfo xatırladır ki, Cahidin populyarlığında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə “Jara-2019” festivalında çıxış edib.

Artist azərbaycanlı ifaçı Elman Zeynalovun Rusiyada əsasını qoyduğu Raava Music musiqi leyblına daxildir. 2019-cu ildə Vkontakte-nin versiyasına görə, Jony “İlin tapıntısı” adlandırılıb, onun “Xiyaban” (“Аллея”) sinqlı isə 5 qat platin statusu qazanıb. 2020-ci ildə “Səma qızılgülləri” (“Небесные розы”) albomu məşhur olub. Muz-TV-nin “Ən yaxşı mahnı” nominasiyasında mükafatını qazanıb. Populyar “Maska” şousunda isə digər həmyerlimiz, opera ulduzu Yusif Eyvazovu qabaqlayaraq birinci yeri tutub.

Apple Music-in versiyasına görə, 2020-ci ildə Rusiyada ən populyar mahnı Jony-nin “Kometa” mahnısı olub.

Eyni ildə Jony həmçinin Rusiyanın bir çox platformalarında da ən çox dinlənən müğənnilərin siyahısına daxil olub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu