fbpx
Xəbərlər

“Ermənistanın yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“44 günlük Vətən müharibəsindən sonra cənab Prezident dəfələrlə Qarabağa və Şərqi Zəngəzur bölgəsinə səfər edib. Keçən il olduğu kimi bu il də Novruz tonqalının Şuşada qalanması özlüyündə bir çox məsələləri ehtiva edir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar İskəndərov edib. Onun sözlərinə görə, cənab Prezident səfər zamanı bir çox önəmli mesajlar verdi:

“Dövlət başçısı qeyd etdi ki, biz bu torpaqları igid əsgər və zabitlərimizin qəhrəmanlığına xalqımızın iradəsi və birliyi sayəsində bu qələbəni təmin etdik: “Biz işğaldan azad etdiyimiz torpaqlarda daim yaşayacağıq. Biz buranı cənnətə çevirəcəyik”. Cənab Prezidentin söylədiyi bu fikirlər çox önəmli mesajlardır və bu təkcə Azərbaycan xalqına deyil, həmçinin bütün dünyaya bir mesajdır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, digər bir məsələ isə bölgələrdə infrastrukturun qurulması, vacib kommunikasiya xətlərinin bərpası, yolların və tunellərin tikintisi, inzibati binaların inşa olunmasıdır:

“Səfər zamanı cənab Prezident söylədi ki, vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaq. Bütün bunların hər biri çox vacib bir mesajdır. Ermənistan tərəfi də artıq anlamalıdır ki, onların çıxış yolu yoxdur. Yeganə yol Azərbaycan ilə sülh müqaviləsi imzalamaqdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu