Xəbərlər

Fərid Qayıbov taekvondoçularla görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa çempionatının qalibləri və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, F.Qayıbov gənc idmançıları təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.

Xatırladaq ki, Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənov (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu