fbpx
Xəbərlər

“Fərruxda tapılan kütləvi məzarlıq erməni vandalizminin sübutudur”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər.

Həmin qalıqların da Xocalının Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla eyni olduğu müəyyən edilib.

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi ekspert Turan Rzayev bildirdi ki, bu məzarlıqların aşkar edilməsi erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyətinin dünyaya sübutu baxımından çox vacibdir.

“Fərrux kəndində aşkar edilən məzarlığında Edilli kəndində olduğu kimi, 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.

Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın daha dəqiq desək 3 min 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb.
Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb. Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur”.

Ekspert bildirdi ki, Daşbaşı yüksəkliyində aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəfdara məruz qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb.

“Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər.

31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də erməni vandalizminin, barbarlığının dəyişmədiyini göstərir” deyə Turan Rzayev fikrini yekunlaşdırıb.

Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, azad edilən ərazilərimizdə inşaat quruculuq işləri davam etdikcə belə kütləvi məzarlıqlar tapılacaq. Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa itkin düşən doğmasının taleyini biləcək.

“Qeyd edim ki, bu faktlar bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri çəkilməməkdə israr edirlər. Bu səbəblərindən biri də I Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hələ bir müddət sonra da həmin ərazilərdə kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür. Fərruxda tapılan kütləvi məzarlıq erməni vandalizmini dünyaya sübut edir”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu