Xəbərlər

Gələn il Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 6 milyard manata yaxın olacaq


Gələn il Azərbaycanda dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5 milyard 947 milyon manat vəsait ayrılacaq.

BEY.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.

Belə ki, iqtisadi fəaliyyət xərcləri ilkin variantla müqayisədə 0,25% çoxdur.

Sənədə əsasən, bunun 4 milyard 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 milyard 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.

Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 233 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu