fbpx
Xəbərlər

Həbsdə olan qadına narkotik ötürülməsinin qarşısı alınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elazə Şahin qızı Mustafayevaya qohumu Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu