Xəbərlər

Həbsdəki icra başçısı namaza başladı

BEY MEDIA İnformasiya agenti xəbər verir


Hüquq müdafiəçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında monitorinq keçirib.

BEY.AZ xəbər verir ki, bu barədə Lent.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.

O qeyd edib ki, komitənin hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədovla birgə DTX-nın istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşüb: “Görüşdüyümüz şəxslərdən biri də, həbsdə olan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov idi. Alimpaşa Məmmədov saxlanma şəraitindən heç bir narazılıq ifadə etmədi. O, namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu