Xəbərlər

Həkim: “Uşaq və yeni “omicron” ştamının sürətli yayılması böyüklərlə yanaşı uşaqlarda da təkrarlanacaq”


“Pfizer” şirkətinin tədqiqatları nəticəsində məlum olub ki, hətta 2 doza vaksindən sonra da azyaşlı uşaqlarda immunitet formalaşmır. Araşdırmalara əsasən, uşaqlarda koronavirusa qarşı immunitetin yaranması üçün 3-4 və daha artıq dozada vaksin vurulması tələb olunur. Lakin 1-ci və 2-ci dozanı bir ay fasilə ilə, 3-cü dozanı isə 6 ay fasilə ilə vururuqsa, bu 6 ayda “omikron” ştamının sürətli yayılması böyüklərlə yanaşı uşaqlarda da təkrarlanacaq”

BEY.AZ xəbər verir ki, bunu “ARB 24” televiziyasında “İşgüzar səhər” verilişində qonaq olan həkim-terapevt Nabil Seyidov deyib
O qeyd edib ki, Birləşmiş Ştatlarda aparılan araşdırmalar zamanı məlum olub ki, 0-14 yaş arası uşaq və yeniyetmələr arasında yolxuma riski azdır. Yoluxan uşaqların virusu vaksin olunan valideynlərinə yoluxdurma riski olduqca aşağı və təhlükəsizdir. “Omicron” ştamı ağciyərlərdə viral pnevmaniyaya “delta”dan daha az səbəb olur, əsasən bronxlarda yayılır ki, bu da ştamın daha sürətli yayılması ilə nəticələnir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu