Xəbərlər

Hərbi helikopter qəzasında həlak olanların sayı AÇIQLANDI


““Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib”.

BEY.AZ xəbər verir kk, Bunu APA-ya Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: “Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb”.


12:19

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

BEY.AZ xəbər verir ki, məlumatda deyilir:

“Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu