Xəbərlər

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılacaq


“Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir”.

BEY.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.

Z.Əliyev bu sahədə peşəkar tibbi kadrların hazırlanmasının önəmli olduğunu deyib. Əhalinin icbari tibbi sığorta çərçivəsində vaxtında tibbi xidmətlərlə təmin olunması üçün xəstəxanalarda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması, tibbi avadanlıqlarla təminat məsələlərindən bəhs edib.

Bildirilib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə zəruri işlər görülür.

Qeyd olunub ki, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi və digər tədbirlər göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.

Zaur Əliyev icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfində əks olunduğunu söyləyib. O, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin növləri barədə məlumat verib və bu xidmətlərin sayının gələcəkdə daha da artırılmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edilib ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu