fbpx
Xəbərlər

İranə Talışxanova 9 il müddətinə HƏBS EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Dələduzluqda təqsirləndirilən iş qadını İranə Talışxanova həbs edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində araşdırılan iş bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə İ.Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, biznes ledi “Run Group” şirkətinin rəhbəri olub. O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib. Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub. Talışxanova 11 nəfəri iş qurmaq adı ilə aldadaraq pullarını mənimsəyib.

Bildirək ki, Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu