Xəbərlər

İraqda seçkilərin yekun nəticələri açıqlandı


İraqın Ali Seçki Komissiyası oktyabrın 10-da keçirilən növbədənkənar ümumi seçkilərin yekun nəticələrini açıqlayıb.

BEY.AZ xəbər verir ki, bu barədə İraq Seçki Komissiyasının sədri Adnan Xələf keçirdiyi mətbuat konfransında deyib.

Xələf qeyd edib ki, bütün etirazlar yenidən araşdırılıb:

“Əvvəl açıqlanan ilk seçkinin nəticələrinə görə, Bağdad, Neynəva, Ərbil, Kərkük və Bəsrədə hər birində bir olmaqla, beş yer dəyişikliyi olub. Ümumi seçici sayı 22 milyondan çox olub. Doqquz milyondan çox insanın səs verib. Seçkilərdə fəallıq 44 faiz təşkil edib”.

İraqın rəsmi xəbər agentliyində dərc olunan yekun seçki nəticələrinə görə, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sədr Qrupu” 73, parlamentin keçmiş sədri Məhəmməd Halbusinin rəhbərlik etdiyi “Təkaddum” Partiyası 37, keçmiş Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Qanun Dövləti” Koalisiyası 33, Məsud Bərzaninin başçılıq etdiyi “Kürdüstan Demokrat” Partiyası (KDP) 31, Hadi əl-Əmirinin rəhbərlik etdiyi “Fəth” Koalisiyası 17, İrana yaxın Həşdi Şabinin siyasi uzantısı, Sünni siyasətçi Hamis Hançerlə bağlı “Azim” Koalisiyası 14, Vətənpərvərlərdən ibarət ittifaq “Kürdüstan Birliyi” (KYB) və Goran 17, Yeni Nəsil Hərəkatı 9, Nasiriyyə mərkəzli “İmtidad” Koalisiyası doqquz mandat qazanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu