Xəbərlər

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BEY.AZ-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb. Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.

Fatla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu