Xəbərlər

İsmayıllı şəhərində 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib



Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.

bey.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu