Xəbərlər

İsmayıllıdakı ərzaq mağazasında nöqsanlar aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

BEY.AZ-a agentlikdən verilən xəbərə görə, İsmayıllı rayonunda ərzaq mağazasında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, işçi heyətin məcburi tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//dooloust.net/4/5013541