Xəbərlər

İşsizlikdən sığorta gəlirləri artacaq



Növbəti ildə qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirləri cari illə müqayisədə 7,5% çox proqnozlaşdırılıb.

bu barədə Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.

“Qanun layihəsində 2022-ci ildə Fondun gəlirlərinin böyük hissəsinin (51,6%-nin) və ya 93 mln. manatının qeyri-büdcə sektoru üzrə işəgötürənlərin və işçilərin ödədikləri sığorta haqlarından formalaşdırılması nəzərdə tutulur.

Bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 6,2 mln. manat və ya 6,6% az, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə isə 6,5 mln. manat və ya 7,5% çoxdur.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin I yarısında qeyri-büdcə sektoru üzrə Fonda daxilolmalar 44,2 mln. manat olub.

Bu da ilin sonuna qeyri-büdcə sektoru üzrə proqnoz göstəricisindən artıq vəsaitin daxil olmasının gözlənilməsi kimi qiymətləndirilə bilər”, – rəydə qeyd olunur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu