fbpx
Xəbərlər

İstirahət gününün hava proqnozu AÇIQLANDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu