fbpx
Xəbərlər

İtaliya mətbuatı İlham Əliyevin Zəfər Qurultayındakı fikirlərini geniş işıqlandırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər İtaliyanın “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, “İnsideover”, “Kmetro0”, “Yahoo Notizie”, “Globus Magazine”, “MetroCT” kimi mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən Metbuat.az-a verilən məlumat görə, yazılarda sözügedən tədbirin azad Qarabağda keçirilməsinin əhəmiyyətindən söz açılaraq bu xüsusda Zəfər Qurultayının açılışında çıxışı zamanı Prezident İlham Əliyevin fikirlərindən sitat gətirilib: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.

Habelə yazılarda Prezident İlham Əliyevin çıxışında iştirakçılara ilk qurultayın 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırlatdığı və ümummilli liderin həmin qurultayda səsləndirdiyi fikirlərinə istinad etdiyi qeyd olunub: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır”. Ardınca bu xüsusda, Prezident İlham Əliyevin “Biz – ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”, – deyə vurğuladığı qeyd olunub.

Yazılarda həmçinin Prezident İlham Əliyevin çıxışında Ermənistan tərəfindən işğal zamanı Şuşada törədilmiş dağıntılar, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində görülən böyük işlər, Şuşada keçirilən qurultayın böyük tarixi əhəmiyyət daşıdığı və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğu, habelə bölgədə sülhün bərqərar olması barədə fikirləri yer alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu