Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi 308 vakant vəzifə üzrə işə qəbul elan edib

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Kənd Təsərrüfatı Nazirliyi 308 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

BEY.AZ-a nazirlikdən verilən məlumata görə, vakant vəzifələr üzrə sənəd qəbulu ötən gündən başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat gələn ilin yanvarın 25-nə qədər davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu