Xəbərlər

Kiyev səfərinin ŞOK DETALLARI: Əliyev və Ərdoğan hərəkətə keçdi

BEY MEDIA İnformasiya agenti xəbər verir


Əliyev Ukrayna səfəri BakıKiyev xəttində münasibətlərlə yanaşı, geosiyasi proseslər fonunda xüsusilə diqqət çəkir.- Cenevrədə Rusiya-Qərb danışıqları davam edir, artıq bəllidir ki, tərəflər “yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq;- Əliyevin səfəri Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə baş tutur;

Bu iki kontekstdə Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var.Əliyev bu səfərlə yeni soyuq müharibənin hər iki tərəfinə mesaj verir:- Cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir;- Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır və bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər;

Əliyev və Ərdoğan yeni soyuq müharibə cəbhəsində – Ukrayna və Rusiyaya alternativ çıxış yolu təqdim edir: Ankara və Bakı münasiqəşnin həllində vasitəçilik edə bilər;

Birincisi, humanitar məsələlərin həllində vasitəçilik etməkdir: Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi; mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə edilməsi perspektivi var;

İkincisi, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulmasıdır: Bu, Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də, məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də cəlbedicidir; nəticənin əldə edilməsi çətin görünsə belə, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər;

Ankara və Bakı isə Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər. Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi deyil: istisna deyil ki, Ərdoğan Putinlə, Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır;

Asif Nərimanlı




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu