Xəbərlər

Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının maraqlarına uyğun gəlmir və uyğunlaşa da bilməz”.

BEY.AZ TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib. Peskov deyib ki, bu, daha çox şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır.

“Biz Rusiyanın Qarabağ bölgəsində sülhün qorunması və bütün tərəflərin bütün müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün səylər göstərdiyi bir şəraitdə belə emosional bəyanatları ifadə etməkdən çəkinməyə çağırırıq. Xüsusilə Azərbaycanla bağlı. Çünki tərəfdaş ölkələr kateqoriyasına aiddir”, – deyə Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Xatırladaq ki, M. Delyaqin öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirərək izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini soruşub.

Cavablar arasında “Bəli, lazımdır” 28%, “Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, “Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.

302136




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//ashoupsu.com/4/5013541