Xəbərlər

Lənkəran polisi 13 nəfəri saxlayıb


Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 şəxs saxlanılıb, 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BEY.AZ-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son vaxtlar keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir 13 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu