Xəbərlər

“Legiya”da qalmaqallı gecə: Baş məşqçi Emreliyə qəzəbləndi, azarkeşlər polisə hücum etdilər


Polşanın “Legiya” klubu İngiltərədə “Lester”ə 1:3 hesabı ilə uduzub.

BEY.AZ xəbər verir ki, “Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. 24 yaşlı hücumçu həmin qarşılaşmada penaltidən yararlana bilməyib. Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib.

“Legiya” klubunun baş məşqçisi Marek Qolebiyevski ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib. Buna 24 yaşlı hücumçunun sonadək mübarizə aparmaması səbəb olub.

Qolebiyevski həmin epizoddakı reaksiyana belə aydınlıq gətirib: “Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur”.

Bundan başqa, “Legiya” azarkeşləri polisə hücum ediblər. Qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları pirotexniki vasitələrdən istifadə edib və “Lester” tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar.

UEFA Avrupa Ligi’nde Leicester City-Legia Varşova maçında tribünlerde olay çıktı! Polise işaret fişeği atıldı...

UEFA Avrupa Ligi'nde Leicester City-Legia Varşova maçında tribünlerde olay çıktı! Polise işaret fişeği atıldı...




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu