Xəbərlər

Məğlub olsaq həm Putin, həm Rusiya, həm də dünya məhv olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Ukraynadakı müharibədə qələbə qazanmalıdır. Rusiya ordusu uğursuzluğa düçar olarsa dünyanı yox edərik”.

BEY.AZ xəbər verir ki, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin “Al-Jazeera” televiziyasına belə açıqlama verib. O bildirib ki, Ukraynadakı məğlubiyyət Rusiyanın xəritədən silinməsi ilə nəticələnə bilər. Duqinin sözlərinə görə, ehtiyac olarsa, Rusiya nüvə silahından da istifadə etməlidir.

“Bu hərbi əməliyyatlar bizim üçün çox önəmlidir. Ya var olacağıq ya da yox olacağıq. Məğlubiyyəti düşünmürük. Bu olarsa, həm Putin həm Rusiya və bildiyim qədəri ilə həm də dünya olmayacaq. Putin belə bəyanat vermişdi. Bu dünyada yaşamaq istəyirsinizsə, suveren və böyük Rusiyanın mövcudluğunu qəbul etmək məcburiyyətindəsiniz. NATO tərəfindən nüvə hücumuna məruz qalsaq və ya NATO müharibəyə müdaxilə etsə cənab Putinin nüvə sözləri ilə bağlı bəyanatını ciddiyə almaq lazımdır”.

Qeyd edək ki, bəzi dairələrin iddiasına görə, Aleksandr Duqin Kremlin hazırkı siyasətinin ideoloqudur. İddia edilir ki, prezident Vladimir Putin Aleksandr Duqindən məsləhətlər alır, onun tövsiyyələrinə uyğun davranır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu