Xəbərlər

Mənşəyi bilinməyən 134 kiloqram ət aşkarlanıb


Ucarda 134 kiloqram mənşəyi bilinməyən ət aşkarlanıb.

Bu barədə BEY.AZ-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Daxil olan məlumat əsasında Ucar rayonunda Agentliyin müfəttişləri Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib.

Baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub. Araşdırmalar davam edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu