Xəbərlər

Maaş artımı ilə bağlı rəsmi xəbərdarlıq: Yanvarın 1-dən …


Prezident İlham Əliyevin Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

BEY.AZ xəzərxəbər-ə istinadən xəbər verir ki, minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd olunan əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun dəyişiklik edilməsi mütləqdir.

İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz. 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə işçilərin əməkhaqqılarının artırılması ilə bağlı da işəgötürənlər müvafiq tədbirlər görməlidir.

İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu