Xəbərlər

Mark “Facebook”un adını nəyə görə “Meta” qoydu?



Xəbər verdiyimiz kimi, “Facebook” şirkətinin qurucusu Mark Zukerberq şirkətin adını dəyişib.

bey.az xəbər verir ki, yeni ad – “Meta” və loqo istifadəçilərə təqdim olunub.


Nəyə görə “Meta”?

CEO bildirib ki, şirkətin adını dəyişdirməyimizdə məqsəd “Facebook”un sosial şəbəkə kimi diqqət mərkəzində olmağıdır. Belə ki, məqsəd istifadəçilərin şirkətin xidmətində olan feysbukdan əlavə, digər sosial şəbəkələrə – messencer, vatsap və instaqrama diqqəti yönəltməkdir.

Şirkətin adının məhz “Meta” seçilməyinə gəlincə, Zukerberqin nəzərdə tutduğu “metaverse” termini, virtual mühitdir. Bura insanların sosiallaşa, bizneslərini idarə edə və əylənəbiləcəkləri yerdir.

Zukerberq özü də bu barədə danışıb: “Bu mənə görə, həmişə yeniliklər qurmağın simvoludur. Hər hekayənin sonrasında yeni bir fəsil var”, – deyə o, bu adı seçməkdə məqsədini izah edib. CEO əlavə edib ki, yeni şüarımız “Gələcək bizim xəyallarımızın ötəsində olacaq”dır.

Xatırladaq ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zuckerberg tərəfindən yaradılıb. Bir müddət sonra şirkət Markı dünyanın ən varlı insanlarından birinə çevirib. Mark Zukerberqin adı dünyanın ən gənc milyarderi kimi Ginnesin “Rekordlar” kitabına da düşüb.

Şirkətin baş ofisi Menlo Parkda (ABŞ, Kaliforniya) yerləşir. Feysbuk – yeni adıyla Meta messencer, vatsap və instaqram xidmətlərinə də sahibdir.

Gülər Seymurqızı




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu