Xəbərlər

“Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib


Medianın İnkişafı Agentliyində Milli Məclisin Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib.

BEY.AZ xəbər verir ki, müzakirədə Milli Məclisin bir neçə deputatı və bir sıra media subyektlərinin nümayəndələri çıxış ediblər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə münasibətlərini bildiriblər.

“Media haqqında” Qanun layihəsinin müzakirələri davam etdirilməkdədir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu