Xəbərlər

Media nümayəndələrinin Kəlbəcərə səfəri təşkil edilib


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

BEY.AZ-a Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu