fbpx
Xəbərlər

Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb və bu səbəbdən sərnişinlər “28 may” stansiyasında qatardan düşürülüb.

Metbuat.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra köməkçi qatar xəttə buraxılıb: “Təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Qatar xətdən çıxarılır, buna görə də xətdə 10-12 dəqiqə yubanma yaranıb. Amma qatarlararası interval qorunub saxlanılır”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu