Xəbərlər

“Mi-17” necə helikopterdir? – 10-dan çox ölkədə…


“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası olmaqla, NATO təsnifatında “Hip-H” kimi tanınır. Konstruksiyası əsasn “Mi-8” kimidir, amma quyruq (sükan) vinti sol tərəfə keçirilib. Həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.

Çoxməqsədli “Mi-17” helikopterindən dünyanın 10-dan artıq ölkəsində istifadə olunur. O, ilk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilib. Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 2000 ədəddən çox istehsal edilib.

BEY.AZ azvision.az-a istinadən bildirir ki, helikopterin güc qurğusu 1400 kVt-lıq iki ТВЗ-117МТ qaz-turbin mühərrikindən ibarətdir. Onların işi elə qurulub ki, daşıyıcı vintin dövrə sayı avtomatik tənzimlənir. Bundan başqa, mühərriklərin işinin sinxronlaşdırılması funksiyası var: əgər qurğulardan biri hər hansı səbəbdən sıradan çıxarsa, digəri fövqəladə rejimdə işləyərək, pərləri fırlatmağa davam edir.

Helikopterin maksimal sürəti 250 km/saat, kreyser sürəti 230 km/saat, yüksəklik tavanı 6000 metrdir. Maksimal uçuş kütləsi 13.000 kq, yükqalıdırma qabiliyyəti 4.000 kq.-dır. Ekipaj 3 nəfərdən ibarətdir.

Helikopterin hərbi modifikasiyasında (desant-nəqliyyat) raket qurğuları, pulemyotlar, bombalar olmaqdan əlavə, kabinə zirehlə və aktiv müdafiə vasitələrilə möhkəmləndirilir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu