fbpx
Xəbərlər

​Milli Məclisin Aparat rəhbəri vəzifəsindən AZAD EDİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

Metbuat.az “Report”a istinadla xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu