fbpx
Xəbərlər

Müalicəsi üçün pul yığılan 1 yaşlı Amil vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik”.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri “Səni Axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Amilin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.

“Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik”.

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki “Səni axtarıram”ın buraxlışlarında Amilin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amil ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu