Xəbərlər

NATO Rusiya ilə sərhədə hərbi texnika yerləşdirir


Rusiya Xarici işlər naziri Sergey Lavrov NATO-nun Rusiya sərhədlərinə hərbi texnika daşıdığını bildirib .

BEY.AZ xəbər verir ki, Lavrov qeyd edib ki, Birləşmiş Ştatlar və onun alyansdakı müttəfiqləri son vaxtlar Qara dənizdə hərbi aktivliklərini xeyli artırıblar.

“Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya sərhədləri yaxınlığında qoşun qruplaşması yaratmağa çalışır və Vaşinqtonun məqsədlərindən biri də Ukraynanın hərbi sahədə inkişafıdır. Lavrov hesab edir ki, ABŞ Donbassdakı münaqişənin hərbi yolla həlli halında vəziyyəti öyrənir. Eyni zamanda, Kiyev və Qərb dövlətləri Rusiya qüvvələrinin ölkənin qərb sərhədlərinə “çəkilməsindən” narahatlıqlarını ifadə edirlər”.

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Moskva öz ərazisi daxilində və öz mülahizəsinə uyğun olaraq qoşun yeridir. Bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu