Xəbərlər

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Ali Məclisin altıncı sessiyasının çağırılması haqqında qərar imzalayıb.

BEY.AZ xəbər verir ki, qərara əsasən, sessiya 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu