Xəbərlər

Neftin qiyməti son ayyarımda ilk dəfə olaraq 80 dollardan aşağı düşüb


Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti oktyabrın əvvəlindən sonra ilk dəfə olaraq 80 ABŞ dollarından aşağı düşüb.

BEY.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 3,2 % ucuzlaşaraq, 1 bareli 78,72 ABŞ dollarına satılıb.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 3,35 % aşağı düşərək, 1 bareli 76,36 ABŞ dolları təşkil edib.

Bununla da, bazar ABŞ və Çinin öz strateji ehtiyatlarından xammal satışına başlamağa hazırlaşması ilə bağlı siqnallara reaksiya verə bilər.

Bir çox analitiklər isə qabaqcıl ölkələrin ehtiyatlarından neftin bazara çıxarılmasının bazara yalnız müvəqqəti təsir göstərə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu