Xəbərlər

“Omicron” səhiyyə sistemini çökdürə bilər


Koronavirusun “omicron” variantının Avropa daxilindəki 53 ölkədən ən azı 38-də aşkar edilib.

BEY.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Dr. Hans Kluge mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, vəziyyət getdikçə pişləşir və bu ştam Danimarka, Portuqaliya və Böyük Britaniyada dominant varianta çevrilməyə başlayıb:

“Biz yaxınlaşan yeni bir epidemiya fırtınasını görürük. Bir neçə həftə ərzində “omicron” bölgədəki bir çox xəstəxanalarda üstünlük təşkil edəcək və səhiyyə sistemini çökdürə biləcək. Bunun üçün də üçüncü doza peyvəndi “omicron” variantına qarşı ən əhəmiyyətli müdafiə mexanizmidir”.

ÜST rəsmisi bu ştamın əsas simptomlarında da danışıb:

“Bu ştam əsasən, öskürək, boğaz ağrısı və yüksək hərarətlə müşahidə edilir. 20-30 yaş insanlarda yeni ştama daha çox rast gəlinir. Hökumətlər və səlahiyyətlilər bu kütləvi artıma hazır olmalıdırlar”,- deyə o qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu