Xəbərlər

Operativ Qərargah məlumat yaydı: Yenidən qapanmalar ola bilər



“Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenidən qapanmalar olmasın”.

bey.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “ARB24″də yayımlanan “Nə baş verir?” verilişində danışıb.

“Qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanlarının həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükəyə məruz qalmaması üçün istifadə oluna bilər”, – deyə komitə sədrinin müavini əlavə edib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu