Xəbərlər

Ordumuz daha bir təhlükəni aradan qaldırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir neçə gündür müzakirələrə səbəb olan, hamın barəsində danışdığı, böyük strateji əhəmiyyət kəsb edən Fərrux kəndi və yüksəkliyi bizdədir. Bura təxminən 50 evdən ibarət bir kənddir. Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Kəndin bizdə olmasıyla Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilib.

BEY.AZ milli.az-a istinadən bildirir ki, Fərrux dağı isə Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir.

Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağın ermənilərin nəzarətdə olması Ağdam üçün çox ciddi təhlükə demək idi. Belə ki, sözügedən yüksəklikdən Kolanlı dərəsindəki bütün kəndlər və Ağdam şəhərinin özü tamamilə erməni silahlılarının nəzarəti altında qalırdı. Düşmən bunu kameralar vasitəsi ilə rahatlıqla edə bilirdi. Dağın Azərbaycan ordusunun nəzarətinə keçməsiylə bu təhlükə də aradan qaldırılmış oldu.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//dooloust.net/4/5013541