Xəbərlər

Oskar Qarsiya koronavirusa yoluxub


Fransanın “Reyms” klubunun baş məşqçisi Oskar Qarsiya koronavirusa yoluxub.

BEY.AZ Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martinesdə də infeksiya aşkarlanıb.

Hər iki şəxs təcrid olunub. Bildirilib ki, onların həyatı üçün hər hansı təhlükə yoxdur. Komandanın digər üzvlərindən götürülmüş analiz nümunələri isə mənfi çıxıb.

Qeyd edək ki, “Reyms” klubu hazırda 16 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu