Xəbərlər

Ötən gün 73 nəfər şənliyə buraxılmayıb


Dekabrın 1-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən BEY.AZ-a verilən məlumata görə, monitorinq 126 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu