Xəbərlər

Paracüdo üzrə dünya çempionatı Bakıya keçiriləcək


Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək.

Milli Paralimpiya Komitəsindən BEY.AZ-a verilən məlumata görə, mundial gələn il noyabrın 7-9-da Bakıda təşkil olunacaq.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu