Xəbərlər

Paşinyanın daban yalayanı üzünə “ağ oldu”

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Qarabağın baş terrorçusu Araik Arutyunyan Ermənistanın Baş naziri Nikol Paşinyana müharibə elan edib.

“Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil. Separatçı rejim liderlərindən olan David Babayan isə dünən mətbuata açıqlama verərək “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib. Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında həmişə müəyyən narazılıqlar olub. Bu Paşinyandan öncə də belə olub. Yeganə fərq onda idi ki, Araik Arutyunyanla Nikol Paşinyanın münasibətləri başqaları ilə müqayisədə xeyli yaxın görünürdü. Hesab edirəm Araik bu məsələdə Kremlə arxalanır. Lakin Kremlin separatçılara görə, rəsmi Bakı ilə qarşı-qarşı gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta rəsmi İrəvanın əksinə, son proseslərdə Bakı özünün nə qədər yaxşı və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Araikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək. Digər tərəfdən, Rusiya faktoru hər nə qədər olsa da separatçılar üçün əsas dəstək həmişə Ermənistan olub. Ermənistan isə bu gün bu dəstəkdən imtina edir”.

Turan Rzayev onu da qeyd etdi ki, hazırda yeni situasiya yaranır və Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb. Yəni rəsmi Bakı üçün ideal fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır.

“Ermənistan ilə separatçılar arasında yaranan gərginlikdən Bakı maksimum dərəcədə istifadə edib proses yekunlaşdırmalıdır. Digər tərəfdən, proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Hesab edirəm, Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsi də müzakirə olunacaq. Separatçılara gəldikdə isə Ermənistan faktoru oldu, ya olmadı gec-tez Qarabağda anti-teror əməliyyatı başlaya bilər. Onu da deyim ki, bu əməliyyatların məqsədi mülki ermənilər deyil, qanunsuz silahlı dəstələrin məhfi və Azərbaycan ərazi bütövlüyünün tam təmin edilməsidir. Araikin son sözləri faktiki olaraq antiterror əməliyyatına başlaması üçün Bakıya əsas verir” deyə T.Rzayev fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu