Xəbərlər

Peyvənd olunanların sayı AÇIQLANDI


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BEY.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu